Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ölkədə ötən illə müqayisədə 7,4% çox məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib
13.11.09 21:20

Ölkədə 17,7 mlrd. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çox məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Statistika Komitəsindən veriblər. Əsas sənaye məhsulları olan xam neftin hasilatı 12,1% artaraq 42,3 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 2,8% artaraq 13,5 mlrd. kub metr olub. Sənaye məhsulunun beşdə dörd hissəsi özəl bölmənin payına düşüb, ümumi istehsalın 92,7%-i sənaye mallarının (əmtəələrin), 7,3%-i isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb. Sənaye fəaliyyətinin 75% mədənçıxarma, 19,7% emal, 5,3% isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində həyata keçirilib. İstehsal edilən sənaye məhsulunun böyük əksəriyyəti istehlakçılara göndərilib. Bununla yanaşı, noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 235,2 mln. manatlıq və ya əvvəlki ayla müqayisədə 7 mln. manat çox hazır məhsul ehtiyatı olub.
URL / WWW
http://kelam.az/news/a-190.html