Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümüdür
20.09.10 18:39

Bu gün Azərbaycanda neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər günü”dür KƏLAMİNFO xəbər verir ki, artıq 16 ildir ki, ardıcı olaraq bu gün ölkəmizdə qeyd edilir. 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının on altıncı ildönümü tamam olur. Bu haqlı olaraq “Əsrin müqaviləsi” adlanır. Sonrakı illərdə Azərbaycanın neft-qaz sahəsində çoxlu əlamətdar hadisələrin olmasına, müxtəlif yataqlar və perspektiv strukturlar üzrə orta hesabla 30 sazişin imzalanmasına, yeni terminalların inşasına, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin və s. işə salınmasına baxmayaraq, “Əsrin müqaviləsi” haqlı olaraq ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir, belə ki, bu sənəd respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verib. “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları aşağıdakılardır: bp (operator – 37,43 faiz iştirak payı), “ChevronTexaco” (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), “Statoyl” (8,56 faiz), “ExxonMobil” (8,006 faiz), TPAO (6,75 faiz), “Itochu” (4,3 faiz), “Delta Hess” (2,72 faiz). Sazişin qüvvədə olma müddəti 30 ildir. Saziş üzrə “Azəri-Çıraq-Günəşli”də neft hasilatının genişləndirilməsi tədricən, yeni yataqların işə salınması ilə həyata keçib. “Çıraq” yatağında hasilata 1997-ci ildə, “Mərkəzi Azəri”də 2005-ci ildə, “Qərbi Azəri”də 2006-cı ilin əvvəlində, “Şərqi Azəri”də 2006-cı ilin sonunda başlanılıb. “Günəşli” yatağında suyun dərin hissəsində hasilatın başlanılması 2008-ci ilin ortalarında baş tutub. Lakin proses bununla bitməyib. Bu il “Azəri-Çıraq-Günəşli”də Azeri Light növlü neftin hasilatının artırılmasını nəzərdə tutan Chirag oil project (COP) layihəsi həyata keçirilməyə başlayıb. Layihə yeni “Qərbi Çıraq” platformasının və lazımi boru kəmərlərinin tikintisini nəzərdə tutur. Bu platformadan hasilatın başlanılması 2013-cü ilin sonuna planlaşdırılıb. COP layihəsinin həyata keçirilməsi çərçivəsində (“AÇQ” üzrə sazişin 2024-cü ildə qüvvədə olma müddəti başa çatana qədər) ümumilikdə 300 milyon barel neftin hasil edilməsi planlaşdırılıb. “AÇQ”də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir. Bu ay Türkiyənin Ceyhan limanından say etibarilə bir milyard neft göndərilib. İndi Azərbaycan neft ixtacından əldə edilən vəsaitlər alıcısından, ölkə xaricində iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar yatıran investora çevrilib. Neft gəlirləri ölkə qarşısında Gürcüstan, Türkiyə və digər ölkələrdə layihələrin həyata keçirilməsinə imkanlar açıb. Azərbaycan “Azəri-Çıraq-Günəşli”nin işlənməsi üzrə saziş sayəsində təkcə öz enerji təhlükəsizliyini deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırlaşır.
URL / WWW
http://kelam.az/news/a-1898.html