Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » RİTN-nin nümayəndəsi CEPT-in iclasında iştirak edəcək
20.09.10 18:39

Sabah Litvanın Vilnüs şəhərində CEPT (Conference of European Post and Telecommunications — Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı) təşkilatının Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə əlaqələr komitəsinin iclası keçiriləcək. Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mir-Heydər İsmayılov iştirak edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-dən veriblər.İclasın gündəliyində CEPT və BTİ arasında telekommunikasiya üzrə əməkdaşlıq, BTİ-nin növbəti toplantısında Şuraya seçkilər, Avropa İttifaqı ilə əməkdaşlıq və s. məsələlər müzakirə olunacaq. Tədbir zamanı işçi qruplarının hesabatları dinlənildikdən sonra müvafiq qərar layihələri hazırlanacaq. Qeyd edək ki, Azərbaycan Rabitə Administrasiyası CEPT təşkilatına 2001-ci ilin yanvar ayında üzvlüyə qəbul edilib. Lakin bu təşkilatla sıx əməkdaşlıq əlaqələri yalnız son illərdə sürətlə inkişaf etməyə başlayıb.
URL / WWW
http://kelam.az/news/a-1895.html