Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Respublika Uşaq Kitabxanası yeni ünvana köçürüləcək
20.09.10 18:39

Sabah Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni ünvana köçürülməsi ilə əlaqədar açılış mərasimi keçiriləcək. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müasir tələblərə cavab verən yeni kitabxana binasını kiçik yaşlı oxucuların istifadəsinə təqdim edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Tədbirdə ziyalılar, uşaq yazarları, ictimaiyyət və KİV nümayəndələri, iştirak edəcəklər. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il 1 yanvar tarixində Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Kitabxananın 250 minə yaxın kitab fondu, 19 min 519 nəfər oxucusu var. Kitabxanada 8 şöbə, 4 bölmə, 2 oxu zalı fəaliyyət göstərir. Kitabxananın 3 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir. F.Köçərli adına Respublika Uşaq Kitabxanası respublika əhəmiyyətli kitabxana kimi Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan uşaq kitabxanalarına metodik mərkəz funksiyasını həyata keçirir. Kitabxana respublikanın mədəni həyatında fəal iştirak edir, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il keçirilən ənənəvi kitab bayramlarının təşkilatçısıdır. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqrammı”na uyğun olaraq F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeni binaya köçürülüb, kitabxana müasir səviyyədə təmir edilib, inventar və avadanlıqlarla təmin edilib. Kitabxanada nağıl otaqları, İncəsənət otağı, böyük və kiçik oxu zalları, Elektron resurslar bölməsi, Multimedia, İnternet-resurs mərkəzləri yaradılıb.
URL / WWW
http://kelam.az/news/a-1890.html