Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mətbuat xidmətlərinin fəaliyyətində şikayətlər hələ də eşidilir
17.09.10 18:09

Əksər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyət sahəsində ciddi boşluqlar hələ də mövcuddur. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər. Y.Məmmədlinin sözlərinə görə, hazırda qurumlarda mətbuat xidmətlərinin fəaliyyəti qurum rəhbərlərinin xidmətə münasibətindən irəli gəlir. “Bəzi qurumlar istisna olmaqla təəssüf ki, əksər müəssisə rəhbərləri bu xidmətə ciddi əhəmiyyət vermirlər və həmin qurumda da mətbuat xidmətlərinin fəaliyyəti axsayır. Bəzən də başqa cür olur. Yəni, bir sıra qurumlarda müxtəlif yollarla mətbuat xidmətinin başına özünü jurnalist kimi yox, məmur kimi aparan şəxslər gətirilir. Təbii ki, belə olan halda da bu kimi şəxslər təmsil olunduqları qurumda jurnalistlərin yox, məmurların tərəfində olacaq. Bu da həmin sahədə xəbərlərin müntəzəm şəkildə KİV-ə ötürülməsində problemlər yaradır. Qurumlarda mətbuat xidməti birbaşa olaraq, rəhbərlərdən asılı vəziyyətdədir. Elə hallar olur ki, əksər qurumlarda bu xidmət bir çox xəbərlərin ictimaiyyətə ötürülməsində səlahiyyətsizdirlər. Hər şeydən əvvəl dövlət qurumlarında mətbuat xidmətinə, ictimaiyyətlə əlaqələr şöbəsinə real səlahiyyətlər verilməlidir ki, həmin xidmət də ictimaiyyətlə mütəmadi olaraq sərbəst şəkildə təmas qura bilsin. Necə ki, bu Xarici İşlər Nazirliyində artıq həyata keçirilir. Fikrimcə, ilk növbədə əksər qurumlardan 2005-ci ildə qəbul olunan “İnformasiyanın əldə olunması haqqında” Qanuna ciddi əməl etməyi tələb etmək lazımdır. Bundan başqa problemin həlli ilə əlaqədar olaraq, yalnız mətbuat xidmətlərinin səlahiyyəti ilə bağlı hamı üçün qəbul edilə biləcək əsasnamələr və təlimatlar qəbul olunmalıdır. Nazirlər Kabineti bu əsasnamələri təsdiq etdikdən sonra, biz həmin qurumlardan tələb edə bilərik ki, həmin təlimata uyğun olaraq fəaliyyətlərini qursunlar”,-deyə DJL sədri vurğulayıb.

Bu informasiya Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə həyata keçirilən layihə çərçivəsində yayılır.
URL / WWW
http://kelam.az/news/a-1881.html