Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Nazir Y. Camalov CAR-da beynəlxalq silah sərgisində iştirak edəcək
17.09.10 17:18

Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məmulatları Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək “AAD-Afrika Aerospace Defence-2010″ Hərbi Hava Qüvvələri və Müdafiə Təyinatlı Məmulatların Beynəlxalq sərgisində nümayiş etdiriləcək. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu məqsədlə nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 21-25 sentyabr tarixlərində CAR-ın Keyptaun şəhərində səfərdə olacaq. Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 60-dan artıq müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək. Buraya yüngül atıcı silahlar, onların müxtəlif kalibrli döyüş sursatları, minaatanlar, onlar üçün müxtəlif kalibrli minalar, reaktiv mərmilər, elektronika sənayesində istifadə olunan müxtəlif qatlı çap lövhələri və digər məmulatlar daxildir. Sərgi zamanı Y.Camalovun CARın bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-1871.html