Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanlı gənc ifaçı “Slavyan ulduzu” adlı X Beynəlxalq festivalın qalibi olub
13.11.09 21:20

Ənənəvi olaraq Rusiya Federasiyasının Oryol şəhərində gənc ifaçılar arasında “Slavyan ulduzu” adlı X Beynəlxalq festival keçirilib. Azərbaycanı festivalda gənc ifaçı Səbinə Babayeva təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Festivalın ilkin mərhələsində finala keçmək uğrunda 5 MDB ölkəsindən 300-dən çox gənc ifaçı mübarizə aparıb. Yalnız 24 gənc finala keçmək şansı əldə edə bilib. İlkin mərhələdən festivala qatılan azərbaycanlı gənc ifaçı bu mərhələni uğurla başa vuraraq finala adlayıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə festivala qatılan S.Babayeva yarışın final mərhələsində böyük uğurla çıxış edib. S.Babayevanın ifası festivalın ən yüksək mükafatı olan “Qran-pri” mükafatına layiq görülüb. Qeyd edək ki, festival qaliblərinin seçimi Rusiyanın tanınmış prodüsser, musiqiçi və bəstəkarlarından ibarət olan münsiflər heyəti tərəfindən həyata keçirilib.
URL / WWW
http://kelam.az/news/a-187.html