Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident Səbaildə təhsil kompleksinin açılışında iştirak edib
15.09.10 19:56

Bu gün Bilik Günündə Bakının Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı müasir standartlara uyğun əsaslı surətdə yenidən qurulmuş təhsil kompleksi ilə tanış olub. Məlumat verilib ki, Prezidentin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş dördmərtəbəli təhsil kompleksində həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına mükəmməl yiyələnmələri üçün hər cür şərait yaradılıb. Şagirdlərin, müəllimlərin açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilib. Təhsil ocağında bu gün minədək şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğuldur. Prezident İlham Əliyev təhsil kompleksində yaradılmış Heydər Əliyev Muzeyinə, fənn kabinetlərinə, idman, akt zallarına, tarix muzeyinə, ayrı-ayrı sinif otaqlarına, bufetə baxıb, tədris prosesi, dərs vəsaitləri, təhlükəsizlik sistemi ilə maraqlanıb. Dövlət başçısı təhsil kompleksi nəzdində fəaliyyət göstərən uşaq bağçası ilə də tanış olub. Kompleksdə gözəl şərait yaradıldığını bildirən prezident İlham Əliyev yeni dərs ilinin başlaması münasibətilə məktəbin müəllimlərini və şagirdlərini təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil kompleksində yaradılmış şərait müəllim-şagird kollektivinin böyük sevincinə səbəb olub. Məktəbin müəllimi Leyla Təhmasib göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə pedaqoji kollektiv adından təşəkkür edib. Dövlət başçısına təhsil kompleksinin müəllimi Ülkər Hüseynovanın müəllifi olduğu “Mənim fəxrim – məktəbim!” kitabı təqdim olunub. Sonda xatirə şəkli çəkdirildi.
URL / WWW
http://kelam.az/news/a-1860.html