Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Spiker Oqtay Əsədov İmam Xomeyni adına “İmdad” Komitəsinin rəhbəri ilə görüşüb
12.11.09 20:49

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İranın İmam Xomeyni adına “İmdad” Beynəlxalq Humanitar Komitəsinin rəhbəri Hüseyn Ənvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisdən veriblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyi bildirilib. O.Əsədov bildirib ki, ölkələrimizin dini, mədəni bağlılığı əlaqələrimizin inkişafına zəmin yaradır. Sədr 1990-ci illərin əvvəllərindən ölkəmizdə fəaliyyətə başlayan bu humanitar təşkilatın işini yüksək qiymətləndirib. Azərbaycan və İran parlamentləri arasında yaxşı münasibətlərin olduğunu bildirən O.Əsədov dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. Sədr yaxın vaxtlarda İrana səfər edəcəyini də qonağın diqqətinə çatdırıb və ölkələrimiz arasında əlaqələrin inkişafının xalqlarımızın mənafelərinə xidmət etdiyini vurğulayıb. Görüş üçün təşəkkürünü bildirən H.Ənvari İran parlamenti sədrinin salamlarını çatdırıb. O, bildirib ki, artıq biz 16 ildir Azərbaycanda fəaliyyət göstəririk. Ermənistanın Azərbaycana təcavüzündən sonra bura gələn ilk humanitar təşkilatlardan biriyik. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
URL / WWW
http://kelam.az/news/a-186.html