Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Türkdilli ölkələrin yüksək vəzifəli şəxsləri İstanbula toplaşır
15.09.10 19:56

Bu gün İstanbulda Türkdilli ölkələrin xarici işlər nazirlərinin müşavirəsi keçiriləcək. KƏLAMİNFO Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistan xarici siyasət idarələrinin rəhbərləri Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Katibliyinin maliyyə qaydaları üzrə sazişi, TDƏŞ Ağsaqqallar Şurasının Reqlamentini və TDƏŞ-in prosedur Qaydaları və digər sənədləri müzakirə və qəbul edəcəklər. Nazirlər həmçinin sabah İstanbulda öz işinə başlayacaq türkdilli ölkə başçılarının 10-cu yubiley sammitinin Yekun sənədini razılaşdıracaqlar. Sammitin əsas nəticəsi yeni beynəlxalq təşkilatın - Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması olacaq.
URL / WWW
http://kelam.az/news/a-1859.html