Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Sulutəpədə yeni tədris korpusu istifadəyə verilib
15.09.10 19:56

Bu gün Binəqədi rayonu Sulutəpə qəsəbəsində Təhsil Nazirliyinin xətti ilə tikilmiş Elşən Sultanov adına 217 saylı orta məktəbdə 840 nəfər şagird yerlik yeni tədris korpusu istifadəyə verilib. RİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyevin KƏLAMİNFO-ya verdiyi məlumata görə, korpusun açılış mərasimində çıxış edən məktəbin direktoru Bənövşə Cəfərova keçən tədris ilində əldə olunan uğurlardan danışaraq belə bir gözəl tədris korpusunun istifadəyə verilməsi ilə uğurların daha da artacağını vurğulayıb. Tədbirdə çıxış edən Binəqədi RİH başçısı Alı Qocayev, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məmməd Bayramov və başqaları təhsilin bu gün dövlət və dövlət rəhbərinin həyata keçirdiyi siyasətin prioritet sahələrindən olduğunu və bu qayğının nəticəsi olaraq bir çox nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. Məktəbin şagirdlərinin ifasında bədii hissədən sonra açılış mərasimi olub.
URL / WWW
http://kelam.az/news/a-1858.html