Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ortaq türk əlifbası Türk zirvəsində müzakirə olunacaq
15.09.10 19:56

Bu gün və sabah İstanbulda türk dövlət başçılarının iştirakı ilə növbəti Türk Zirvəsi reallaşacaq. Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət KƏLAMİNFO-ya bildirib ki, zirvədə müzakirə ediləcək məsələlər arasında ortaq türk əlifbası da var. A.Həsrət qeyd edib ki, bəlli olduğu kimi sovet rejiminin devrilməsindən sonra ortaq türk əlifbası dəfələrlə ciddi müzakirə edilsə də, son illər bu məsələ demək olar ki, gündəmdən çıxarılıb. “Bu vəziyyəti nəzərə alaraq Yeddi Dövlət – Bir Millət Konseyi bu ilin avqustunda məsələni yenidən gündəmə gətirərək ən qısa zamanda ortaq türk əlifbası layihəsini də ictimaiyyətin müzakirəsinə təqdim edib. Türk dünyasında geniş əks-səda doğuran məsələ ciddi dəstək görməklə bərabər ən qısa zamanda icrası istiqamətində çağırışlar da səslənib. Çağırışlardan hərəkət edərək Yeddi Dövlət – Bir Millət Konseyi bu il sentyabrın 7-də Dünya Gənc Türk Yazarlar Birliyi ilə birlikdə Azərbaycandakı Atatürk Mərkəzində ortaq türk əlifbasının müzakirəsini də təşkil edib. Elm və ədəbiyyat adamları, media ictiamiyyəti və gənclərin geniş qatılımı ilə keçən müzakirə sonucu Türk Zirvəsinə müraciət edilməsi qərara alınıb”,-deyə A.Həsrət qeyd edib. A.Həsrətin əlavə edib ki, qərara uyğun olaraq müraciəti hazırlamazdan öncə o, TürkPA-nın baş katibi Ramil Həsənovla əlaqə saxlayaraq bu müzakirələr haqqında ona məlumat verib və ondan ortaq türk əlifbasını Türk Zirvəsindəki çıxışı zamanı gündəmə gətirməyi xahiş edib. R.Həsənov da öz növbəsində məsələyə xüsusi önəm verdiyini və çıxışında bu məsələnin də yer alacağını bildirib. O, həmçinin qeyd edib ki, Türk Zirvəsindən sonra ortaq əlifba məsələsilə bağlı çalışmaları sürətləndirmək planı da var. TürkPA bunun üçün Azərbaycandan və türk dövlətlərindən mütəxəssislərin də cəlb ediləcəyi ortaq çalışmalara başlayacaq.
URL / WWW
http://kelam.az/news/a-1857.html