Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » SRP parlament seçkilərinə qatıldığını bəyan edib
15.09.10 19:56

Azərbaycan Sosial Rifah Partiyası (SRP) həmişə olduğu kimi hər bir tərəqqinin yeganə yolu olan ədalətə böyük inam göstərir, özünün cəmiyyətimiz və dövlətimiz üçün yararlı və ləyaqətli namizədləri ilə noyabrda keçiriləcək parlament seçkilərinə qatıldığını bəyan edir. SRP-dən KƏLAMİNFO-ya verilən məlumatda qeyd olunub ki, yarandığı gündən etibarən, partiya müstəqil respublikamızın qüdrətli dövlətə, ədalətli cəmiyyətə və varlı vətəndaşlar diyarına çevrilməsi yönümündə var gücü ilə çalışıb, bu istiqamətdə bütün təşəbbüsləri alqışlayaraq onun reallığa çevrilməsi ilə sevinənləri özünə dost və doğma bir qüvvə kimi qəbul edib. “Bu bir həqiqətdir ki, Azərbaycanın uğurları günbəgün artır, iqtisadiyyatı güclü və siyasəti ədalətli olan bir dövlət kimi dünya ictimaiyyətinin diqqətini getdikcə daha çox cəlb edir. Qoy ədalət daim zəfər çalsın! Ədalət olan yerdə bərəkətin varlığı, rifahın yüksəlməsi də labüddür”,-deyə partiyanın bəyanatında vurğulanıb.
URL / WWW
http://kelam.az/news/a-1856.html