Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Səbail məktəblərində “Bilik günü” qeyd olunub
15.09.10 19:56

Bu gün 15 sentyabr– “Bilik günü” Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. Səbail rayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb, bir neçə orta məktəb və uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılıb. Səbail rayonu Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbin tədris korpusunda Heydər Əliyev Fondu tərəfindən təmir işləri başa çatdırılıb. Bu məktəbdə hazırda 1900 şagird 74 sinifdə təhsil alır və yeni dərs ilində 145 şagird 1-ci sinifə gedəcək. Bu gün şagirdləri, pedaqoji kollektivi, valideynləri və çoxsaylı qonaqları salamlayan həmin məktəbin direktoru Xanlar İmaməliyev keçən tədris ilində məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. O qeyd edib ki, məktəbin məzunlarından 91 nəfər müxtəlif ali məktəblərə qəbul olub, onlardan 19 nəfəri 600-dən çox bal toplayıb. Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə keçirilən tədbirdə çıxış edən həmin təhsil ocağının direktoru, əməkdar müəllim Sədaqət Əzimova isə bildirib ki, keçən tədris ilində 73 məzunun 47-si yüksək bal toplayaraq ali məktəblərə qəbul olublar.
URL / WWW
http://kelam.az/news/a-1855.html