Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi müşavir adlanacaq
15.09.10 17:41

İran prezidenti Mahmud Əhmədinejad Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə xüsusi nümayəndəsini müşavirə dəyişib. KƏLAMİNFO FARS Agentliyinə istinadən xəbər verir ki, bundan sonra İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə M.Əhmədinejadın Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsi üzrə müşaviri vəzifəsində çalışacaq. O, bu vəzifədə hazırda İranın Çindəki səfiri, keçmiş xüsusi nümayəndə Mehdi Səfərini əvəzləyəcək. M.Əhmədinejad, həmçinin, Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası və Əfqanıstan məsələləri üzrə də xüsusi nümayəndələrini müşavirə dəyişib.
URL / WWW
http://kelam.az/news/a-1854.html