Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün Antaliyada Azərbaycanın da iştirakı ilə toplantı başlayıb
15.09.10 17:39

Bu gün Antalyada TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən “Qeyri-maddi mədəni irsin təhsildə səmərəli istifadəsi” barədə mütəxəssislərin toplantısı öz işinə başlayıb. Toplantıda Azərbaycan da təmsil olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirə YUNESKO, TÜRKSOY və müxtəlif ölkələrdən mədəniyyət siyasətçiləri və tədqiqatçıları qatılıb. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil edir. O, Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində aparılan islahatlar barədə geniş təqdimat keçirəcək. Toplantı sentiyabrın 19-a kimi davam edəcək.
URL / WWW
http://kelam.az/news/a-1848.html