Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xanım V.Vike-Freyberqa ADA-da məruzə ilə çıxış edib
15.09.10 17:39

Ölkəmizdə səfərdə olan BMT Baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycan Diplomatik Akademiyasında Avropa İttifaqına inteqrasiya mövzusunda məruzə ilə çıxış edib. ADA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, V.Vike-Freyberqa Latviyanın Avropa İttifaqına inteqrasiyası və ölkənin qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması üçün hökumətin gördüyü işlər barədə ətraflı məlumat verib. Sabiq Prezident qeyd edib ki, Latviyanın Avropa İttifaqına inteqrasiyası üçün onlarca qanuna, hətta ölkənin Konstitusiyasının bəzi maddələrinə dəyişikliklər edilib. Avropa İttifaqının xarici siyasətinə toxunan xüsusi elçi bildirib ki, burada qurumun üzvü olan bütün ölkələrinin vahid mövqedən çıxış etmələri vacibdir. Sonda qonaq tələbələrinin suallarını cavablandırıb.
URL / WWW
http://kelam.az/news/a-1845.html