Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanın iqtisadi inkişafı ilə bağlı konfrans keçiriləcək
14.09.10 18:41

Sentyabrın 17-də Azərbaycanda Regional İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “İqtisadi inkişafın Azərbaycan modeli” mövzusunda beynalxalq konfrans keçiriləcək. Mərkəzdən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransa dövlət qurumlarının rəhbərləri, iqtisadçı-ekspertlər, QHT və KİV təmsilçiləri ilə yanaşı, beynəlxalq təşkilatlardan 50 nəfərə yaxın ekspert dəvətlidir. Qeyd edək ki, qonaqlar arasında AŞ PA-nın 25 nəfər üzvü də var. Excelsior otelində baş tutacaq tədbirdə iqtisadi inkişaf naziri Şahin Mustafayev “Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası” mövzusunda, sənaye və energetika naziri Natiq Əliyev “Azərbaycanın enerji siyasəti və beynaxalq iqtisadi əməkdaşlıq” mövzusunda, Belçika parlamentinin üzvü İvan Sabbe “Gənc demokratiyaya Qərbin investisiya imkanları: Azərbaycan, Şərq və Qərb arasında kəsişmə” mövzusunda çıxışları nəzərdə tutulub. Konfransda akademiklər Z. Səmədzadə, X.Yusifzadə, Asəf Nadirov və digər ekspertlərin çıxaları da planlaşdırılıb.
URL / WWW
http://kelam.az/news/a-1836.html