Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Auditorlar Palatasının sədri Türkiyədə səfərdədir
14.09.10 18:41

Bu gün İstanbulda Türkiyə Uçot və Maliyyə Akademikləri Assosiasiyası tərəfindən audit və mühasibat uçotunun tarixinə dair “Audit və keçmişdən bu günə kimi formalaşmış uçot mədəniyyəti” mövzusunda 2-ci beynəlxalq Balkan və Yaxın Şərq ölkələri konfransı keçirilir. Konfransda 40 ölkədən 550-ə qədər iştirakçılar təmsil olunacaq. Tədbirə Azərbaycanı Auditorlar Palatasının sədri Vahid Novruzov təmsil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Auditorlar Palatasından veriblər. Konfransın proqramına uyğun olaraq, sentyabrın 17-də İstanbul Hərbi Muzeyi və Mədəniyyət Mərkəzində keçiriləcək III plenar iclasda V.Novruzovun “Azərbaycanda audit mədəniyyətinin inkişaf mərhələləri” mövzusunda məruzəsi dinləniləcək. Məruzədə Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar və şəffaflığın artırılması sahəsində prezident İlham Əliyevin rəhbərliyi altında görülmüş işlər barədə geniş məlumat əks olunub. Eyni zamanda sentyabrın 16-da keçiriləcək bölmə iclasına da Azərbaycan Auditorlar Palatasının sədri rəhbərlik edəcək.
URL / WWW
http://kelam.az/news/a-1835.html