Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda AGRI layihəsi üzrə nazirlərin görüşü keçirilir
13.09.10 19:55

Bu gün Bakıda AGRI (Azerbaijan, Georgia, Romania İnterconnector) qaz kəməri layihəsi çərçivəsində nazirlərin görüşü işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Rumıniya iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton və Gürcüstanın energetika naziri Aleksandr Hetaquri iştirak edirlər. N.Əliyev layihə barədə məlumat verərək qeyd edib ki, layihənin həyata keçirilməsi çərçivəsində birgə şirkət yaradılacaq ki, bu şirkət ilk növbədə layihəni maliyyələşdiriləcək donorların axtarışı ilə məşğul olacaq.Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İ.Ariton isə qeyd edib ki, sözügedən layihə Rumıniyaya enerji daşıyıcılarının nəqlini diversifikasiya etməyə imkan verəcək. Gürcüstanın energetika naziri A.Xetaquri isə layihənin bir neçə mərhələdən ibarət olacağını söyləyib. Sabah Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya rəhbərlərinin görüşünün keçirilməsi gözlənilir ki, bu görüşün yekunlarına əsasən, AGRI layihəsi üzrə Bakı bəyannaməsi imzalanacaq. AGRI - Azərbaycan-Gürcüstan-Rumıniya maye qazının Avropaya nəqli üzrə layihəsidir. Qeyd edək ki, cari il mayın 12-də Azərbaycan, Rumıniya və Gürcüstan Tbilisidə bu layihənin gerçəkləşməsi üzrə birgə müəssisənin yaradılması barədə protokol imzalayıblar. Birgə müəssisə mövcud layihənin icraçısı kimi çıxış edəcək, podratçı şirkətin seçilməsi və maliyyələşdirmənin cəlb edilməsi üzrə tenderin elan olunması üçün bütün lazımi tədbirləri həyata keçirəcək. Aprelin 13-də tərəflər "Maye qaz və onun nəqli sahəsində əməkdaşlıq haqqında" Memorandum imzalayıblar. Xatırladaq ki, Azərbaycan maye qazının Rumıniyaya nəqli layihəsi maye qaz üçün iki terminalın inşasını - Gürcüstan və Rumıniyaya nəzərdə tutur. İlkin məlumatlara görə, layihənin dəyəri 4-6 mlrd. avro təşkil edir. Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək tankerlərlə Rumıniyanın Konstant limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.
URL / WWW
http://kelam.az/news/a-1822.html