Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DB-nin vitse-prezidenti Filip Lö Ueru Azərbaycanda səfərdədir
13.09.10 19:55

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Lö Ueru Azərbaycanda səfərdədir. Dünya Bankının Bakı ofisindən KƏLAMİNFO-ya verilən məlumata görə, sentyabrın 15-dək davam edəcək səfərin məqsədi Azərbaycandakı sosial-iqtisadi inkişafla tanış olmaq, ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, tərəfdaşlar, biznes dairələri və vətəndaş cəmiyyəti ilə ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr aparmaqdan ibarətdir. Qeyd edək ki, Dünya Bankı hazırda ölkədə ümumi dəyəri təxminən 2 mlrd. dolları təşkil edən 20 layihəni maliyyələşdirir. Bu layihələr nəqliyyat, su və kanalizasiya, kənd təsərrüfatı və suvarma, səhiyyə və təhsil kimi sahələri əhatə edir. “Dünya Bankının 2011-2014-cü illəri əhatə edəcək Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyası rəqabət qabiliyyətli qeyri-neft iqtisadiyyatını formalaşdırmaq və daha səmərəli sosial və kommunal xidmətləri göstərmək üçün zəruri olan əlavə vəsaiti və məsləhət xidmətlərini təmin etməsi nəzərdə tutulur”,-deyə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.
URL / WWW
http://kelam.az/news/a-1815.html