Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Latviyada “Vətəndaş təhsili: bilikdən fəaliyyətə doğru” mövzusunda təlim proqramı keçiriləcək
12.11.09 20:49

Gələn il yanvarın 12-16-sı tarixlərində Latviyada Avropa Şurasının Pestalotsi Proqramı çərçivəsində “Vətəndaş təhsili: bilikdən fəaliyyətə doğru” mövzusunda təlim proqramı keçiriləcək. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, proqramda ölkəmizdən vətəndaş təhsili sahəsində çalışan mütəxəssislər- müəllimlər, gənclər təşkilatının liderləri, vətəndaş təhsili sahəsində fəaliyyət göstərən QHT nümayəndələri və gənclərlə iş sahəsində təcrübəli şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, proqramda iştirak etmək istəyən namizəd uşaq və gənclərlə sosial iş sahəsində təcrübəyə malik olmalı, təlim proqramında iştirak etdikləri müddətdə öz ölkələrindəki təcrübəyə dair qısa təqdimat hazırlamalı, qazandığı təcrübəni öz ölkəsində, eləcə də digər iştirakçılarla bölüşməlidir. İştirakçıların beynəlxalq nəqliyyat, eləcə də təlim proqramı müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Seminarın işçi dili ingilis dilidir.
URL / WWW
http://kelam.az/news/a-181.html