Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hərbçilərimiz bir sıra ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcəklər
13.09.10 19:55

Bu gündən sentyabrın 17-dək NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq Planına və bu sənədə əlavələrə əsasən Azərbaycan hərbçiləri İsveçrənin Dubendorf şəhərində Hava ilə tibbi təxliyə üzrə işçi görüşündə iştirak edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Hərbçilərimiz həmçinin sentyabrın 13-dən 16-dək Moldovanın paytaxtı Kşinyovda “İnsan resurslarının idarə olunması” mövzusunda seminarında, sentyabrın 13-dən 17-dək Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Hüquq konfransında, sentyabrın 17-də Montoneqronun Podqoritsa şəhərində “Medceur-2010” təliminin Yüksək Səviyyəli Qonaqlar günündə, sentyabrın 19-dan oktyabrın 1-dək İsveçrənin Stans şəhərində “Açılmış Birgə Qərargah Elementi” təlimində təşkilatçı qismində iştirak edəcəklər. Bu gün Vilnüs şəhərində Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən Gənc zabitlər (Quru Qoşunları) üçün Komanda və Qərargah kursu, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 13-dən 2011-ci il iyulun 22-dək İzmir şəhərində Təməl İngilis dili kursu, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığa əsasən sentyabrın 13-dən 17-dək Norfolk şəhərində “Hava hərəkətinin idarə olunması – ingilis dili terminologiyası” kursu, sentyabrın 15 və 16-da isə Almaniyanın Nürnberq və Qrafenvöhr şəhərində “Combined Endeavor-2010” təliminin Yüksək Səviyyəli Qonaqlar günü keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-1805.html