Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ümumrespublika Forumu keçiriləcək
13.09.10 19:55

Sentyabrın 16-da Bakıda “Kür daşqınlarının yaratdığı problemler; mövcud vəziyyət və çıxış yolları” mövzusunda Ümumrespublika Forumu keçiriləcək. Forum “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən təşkil olunur. KƏLAMİNFO xəbər verir ki, bu barədə qərargahdan məlumat veriblər. Açıq Cəmiyyət Institutu Yardım Fondunun dəstəyi ilə həyata keçirilən forumda Kür daşqınları ilə bağlı aparılmış monitorinqin ilkin nəticələrinin təqdimatı olacaq. Bölgədə mövcud durum barədə məlumat veriləcək, yerli icma üzvləri tərəfindən onları narahat edən problemlər dinləniləcək, müzakirələr aparılacaq və Kür daşqınları ilə bağklı çəkilmiş sənədli film nümayiş olunacaq. Tədbirdə yerli QHT və KIV-lərlə yanaşı beynəlxalq təşkilatların və səfirliklərin təmsilçiləri, daşqınla üzləşmiş bölgənin icma üzvləri, hökumət nümayəndələri, millət vəkillərinin iştirakı nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-1804.html