Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Gəncədə “Çökək hamam” hazırlanır
13.09.10 19:55

Gəncə şəhərində “Çökək hamam”ın maketi hazırlanır. KƏLAMİNFO xəbər verir ki, bu barədə maketin müəllifi Arzu Əliyev məlumat verib. Onun sözlərinə görə, 4 aya hazır olan maketə 1,5 kq mis, 200 qr gümüş və digər qiymətli metallar işlədilib. Təxminən 3 kq çəkisi olan fiqurun eni 11, uzunluğu 25, hündürlüyü isə 5 santimetrdir. Maketin qalınlığı 1, uzunluğu 3 millimetr olan 1500 ədəd mis “kərpiç”lə hörülüb. Dam hissəsi isə mərmər və gümüş tozu ilə işlənib. A.Əliyev 2 il əvvəl Şah Abbas Məscidinin də maketini hazırlayıb. Bu maket isə 8 aya başa gəlib və buna 15 qram 583 əyarlı qızıl, 900 qram gümüş, 302 qram mis, sink və tunc işlənilib. Hazırda A.Əliyev şəhərdəki “Uğurlu bəy karvansarayı” üzərində araşdırmalar aparır. A.Əliyev yaxın günlərdə karvansarayın maketi üzərində işə başlayacaq.
URL / WWW
http://kelam.az/news/a-1802.html