Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ATB nümayəndələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda olub
08.09.10 17:23

Avropa Tələbələr Birliyinin (ATB) nümayəndələrinin ölkəmizə səfəri davam edir. ATB-nin mətbuat katibliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər proqramına uyğun olaraq bu gün qonaqlarla Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda görüş təşkil edilib. Fondun icraçı direktoru Fərda Əsədov və gənclər proqramının əlaqələndiricisi Şəms Əsgərovun iştirak etdiyi görüşdə Azərbaycanda vətəndaş cəmiyyəti, gənclər hərəkatı, Fondun gənclər və tələbələr sahəsindəki siyasəti müzakirə olunub. Həmçinin, Fondun gələcəkdə tələbə hərəkatına verə biləcəyi töhfə də əsas müzakirə obyektinə çevrilib. Fondun ATB ilə əməkdaşlıq perspektivlərinə də toxunulub. Qeyd edək ki, bu gün qonaqların Azərbaycan Müəllimlər İnstitutu, Xəzər Universitetinin rəhbərliyi və tələbələri, həmçinin digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/news/a-1795.html