Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin növbəti görüşü olub
08.09.10 17:23

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvlərinin növbəti görüşü Parisdə olub. Görüşə Rəhbər Komitənin başçısı Erri Stuve (Hollandiya) sədrlik edib. Polşa, Fransa, Almaniya, İtaliya və İsveçin sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi görüşdə AzərbaycanI Dövlət Sosial Müdafiə Fondunu sədr müavini Zakir Babayev təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Dövlət Sosial Müdafiə Fondundan veriblər.Görüşdə BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin cari ilin mart ayında Varşavada (Polşa) keçirilən görüşünün Protokolu təsdiq olunub, BSTA-nın Avropa şəbəkəsinin 2010-cu ilin sonuna qədər həyata keçirəcəyi tədbirlər, habelə onun 2011-2013-cü illərə nəzərdə tutulan tədbirlər planı müzakirə olunub. BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvləri arasında 2011-ci ilə nəzərdə tutulan dəyişikliklər məsələsi nəzərdən keçirilib. Qurumun Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvləri Azərbaycan tərəfinin fəaliyyətini yüksək qiymətləndirib və DSMF-nın Rəhbər Komitədə iştirakının səmərəli olduğunu nəzərə alaraq onun təmsilçiliyinin saxlanılmasını məqbul hesab ediblər. Görüşdə cari ilin sonunda Keyptaunda (CAR) keçiriləcək Dünya Sosial Təminat Forumuna hazırlıq barədə BSTA-nın nümayəndələrinin məlumatı dinlənilib. Rəhbər Komitənin görüşündən sonra Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev BSTA-nın və Fransa Respublikasının Ailə Müavinətləri Milli Fondunun birgə təşkilatçılığı ilə keçirilən iki günlük texniki seminarda iştirak edib. Xatırladaq ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.
URL / WWW
http://kelam.az/news/a-1794.html