Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan Sorğu Mərkəzinin təqdimatı keçirilib
08.09.10 17:23

Bu gün “Hyyat Park” otelində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ticarətdə Texniki Maneələr (TBT) Haqqında Sazişinin tələblərinə müvafiq olaraq yaradılmış Azərbaycan Sorğu Mərkəzinin təqdimatı keçirildi. KƏLAMİNFO xəbər verir ki, Mərkəz Standartlaşdırma Metralogiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərir.Təqdimat mərasimində çıxış edən, Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma şöbəsinin müdri Sabiq Abdullayev bildirdi ki, Sorğu Mərkəzini yaratmaqla Azərbaycan ÜTT-yə üzvlüyə daxilolma istiqamətində vacib addım atıb. Onun sözlərinə görə, Azərbaycanın əsas vəzifəsi qlobal ticarətin mümkün qədər maneəsiz axınının təmin edilməsi olan ÜTT-yə üzvlüyün yerinə yetirilməsi üçün nəzərdə tutulmuş bir sıra sazişləri var. “Onlardan biri ticarətə təsir edən standartyönümlü tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı ÜTT üzvülərinin hüquq və vəzifələrini özündə əks etdirən Ticarətdə Texniki Maneələr Haqqında Sazişdir. Təlabatdan aslı olaraq, texniki tənzimlənmə, məhsul standartları və uyğunluğun qiymətləndirilməsi metodları əksər hallarda dövlətlərdə fərqli olduğundan, Ticarətdə Texniki Maneələr Haqqında Sazişin məqsədi bu fərqlər nəticəsində ticarətdə yaranan maneələrin azaldılmasıdır”,-deyə S.Abdullayev vurğulayıb. Almanya səfirliyinin Azərbaycandakı müvəqqəti işlər vəkili Peter Ziqler isə bildirib ki, ÜTT üzvündən milli Sorğu Mərkəzinin yaradılması tələb edir ki, onun fəaliyyəti maraqlı tərəflərə məlumat mərkəzi xidməti göstərməkdir. Qeyd edək ki, tədbirdə bir çox dövlət qurumlarının nümayəndələri, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları və digər qurumların rəsmiləri iştirak ediblər. Xatırladaq ki, Sorğu Mərkəzi Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən yaradılıb.
URL / WWW
http://kelam.az/news/a-1789.html