Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » MTRŞ-nın iclası keçirilib
07.09.10 20:38

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda MTRŞ-nın 30 iyul 2010-cu il tarixli iclasının qərarı ilə ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna 04 avqust 2010-cu il tarixdən 04 sentyabr 2010-cu il tarixədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub. "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqə Qaydaları"nın 2.1.9-cu bəndinə uyğun olaraq ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna avqustun 4-dən ıentyabrın 4-dək elan edilmiş müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə müsabiqə baş tutmamış hesab edilib. Şuranın qərarına əsasən ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna sentyabrın 7-dən oktyabrın 7-dək təkrar müsabiqə elan edilib.
URL / WWW
http://kelam.az/news/a-1783.html