Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mədəniyyət və Turizm Nazirliyi yeni turizm marşurutu aşkar edib
06.09.10 20:18

Yeni formada ekstremal dağ turizmi marşrutu aşkar edilib. Sentyabrın 3-dən 5-nə kimi Mədəniyyət və Turizm Nazirliyi və “Club 4x4” klubunun təşkilatçılığı ilə ilk dəfə olaraq, “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi həyata keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin Turizm İdarəsindən veriblər.Həyata keçirilən layihədə 12 avtomobil, 40-a yaxın dövlət və özəl sektorun əməkdaşlarının iştirakı ilə ölkənin Quba rayonundan dağ yolları ilə Şamaxı rayonuna doğru avtomobil yürüşü baş tutub. Yürüş zamanı Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvələrindən, keçilməz dağ yollarından və çaylardan şütüyən yürüş təyinat məntəqəsinə çatıb. Yolboyu yürüş iştirakçıları qədim Şabran şəhərinin qalıqlarına ekskursiya ediblər. Quba rayonu ərazisində XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım qurbanlarının basdırıldığı kütləvi məzarlıq və Şamaxı rayonu ərazisində qayalıqlar üzərində inşa edilən “Diri Baba” türbəsi də layihə çərçivəsində iştirakçıların ziyarət yeri olub.
Üç gün davam edən yürüşdə layihə iştirakçıları Qubadan Şamaxıya qədər 186 kilometr məsafə qət edib, 2 min hündürlükdə Azərbaycan təbiətinin gözəllikləri ilə tanış olublar.
URL / WWW
http://kelam.az/news/a-1769.html