Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda beynəlxalq karate turniri keçiriləcək
06.09.10 17:51

Sentyabrın 10-dan 12-dək paytaxtımızda daha bir beynəlxalq karate turniri keçiriləcək. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yeniyetmələr, gənclər və böyüklər arasında kata və kumite üzrə ilk “Baku Open” beynəlxlaq turnirində 11 ölkənin iştirak edəcəyi təsdiqlənib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Karate Federasiyasından veriblər. Yarışda Azərbaycanı 2 seçmə komanda və Gəncə ilə Sumqayıt idmançıları təmsil edəcək. İştirakçı ölkələr arasında Almaniya (12 nəfər), Türkiyə (6 nəfər), Rusiya (35 nəfər), Gürcüstan (18 nəfər), Ukrayna (8 nəfər), Küveyt (18 nəfər), İsrail (19 nəfər), İran (49 nəfər), Pakistan (3 nəfər), Qazaxıstan (32 nəfər) və Kolumbiya (4 nəfər) idmançıları olacaq.İki milli komandadan ibarət Azərbaycan karateçiləri hər çəkidə 2 nəfərlə, Gəncə və Sumqayıt idmançıları isə bir nəfərlə təmsil olunacaq. Yeniyetmələr, gənclər və böyüklər arasında kata və kumite üzrə ilk “Baku Open” beynəlxlaq turnirinin təntənəli açılış mərasimi sentyabrın 10-da saat 17-də, bütün yaş qrupları üzrə final döyüşləri isə saat 18-də başlayacaq.
URL / WWW
http://kelam.az/news/a-1763.html