Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mətbuat Şurası jurnalistlər üçün təlim kurslarına başlayacaq
11.11.09 15:22

Noyabrın 15-dən etibarən Azərbaycan Mətbuat Şurası (MŞ) jurnalistlər üçün təlim kurslarına başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya MŞ-dən veriblər. Şuranın Prezident Yanında Kütləvi İnofrmasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Jurnalist peşəkarlığının artırılması: tədris proqramının hazırlanması və kursların təşkili” layihəsi çərçivəsində baş tutacaq tədbir MŞ-nin tərtib etdiyi tədris planı əsasında keçiriləcək. Təlimlər medianın müxtəlif sahələrini əhatə etməklə özündə ümumilikdə on iki mövzunu birləşdirəcək. İştirakçılara KİV-hakimiyyət münasibətləri, KİV-in iqtisadi tənzimlənməsi, menecment və marketinq, diffamasiya, internet media, pablik rileyşnz, KİV və ekstremal şərait, KİV-də əqli mülkiyyət məsələləri, KİV-ə dövlət yardımı və digər məsələlərlə bağlı məruzələr oxunacaq, praktik situasiyalar ətrafında fikir mübadilələri aparılacaq. Kurslar tanınmış media ekspertləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən keçiriləcək. Kurslar ayrı-ayrı qruplarda noyabrın 15-dən dekabrın 25-dək hər həftənin ilk iki günü olmaqla keçiriləcək. Müdavimlərə Şuranın müvafiq sertifikatları təqdim olunacaq.
URL / WWW
http://kelam.az/news/a-175.html