Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Nazir Z.Məmmədov Koreyada beynəlxalq konqresdə iştirak edəcək
01.09.10 17:01

Cari ilin 25-29 oktyabr tarixlərində Koreya Respublikasının Busan şəhərində Dünya İntellektual Nəqliyyat Sistemləri Konqresi keçiriləcək. Konqresdə ölkəmizi nəqliyyat naziri Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nəqliyyat Nazirliyindən veriblər. Tədbirdə dünyanın inkişaf etmiş ölkələrində mövcud olan intellektual idarəetmə sistemlərinin təcrübəsi nəzərdən keçiriləcək, yeni texnologiyaların tətbiqi müzakirə olunacaq. Yaxın vaxtlarda Azərbaycanda da nəqliyyat əməliyyatlarının intellektual idarəetmə sisteminin tətbiq olunacağını nəzərə alsaq, konqresin ölkəmiz üçün çox faydalı və əhəmiyyətli bir tədbir olduğu aydın olar. Xatırladaq ki, Bakı şəhərində bu sistem Koreyanın Seul şəhərinin təcrübəsi əsasında ən son texnologiyaların tətbiqi ilə reallaşacaq.
URL / WWW
http://kelam.az/news/a-1740.html