Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda “1520 Strateji Tərəfdaşlıq” biznes forumu keçiriləcək
01.09.10 17:01

Cari ilin 12-13 oktyabr tarixlərində Bakıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 130 illik yubileyi və “1520 Strateji Tərəfdaşlıq” biznes forumu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nəqliyyat Nazirliyindən veriblər. Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmir yolu nəqliyyatının yaranma tarixi on doqquzuncu əsrin sonlarına təsadüf edir. 1847-ci ildə ilk mexaniki qazma quyusunun meydana gəlməsi, neftin qazma üsulla çıxarılmasının inkişaf etdirilməsi, ümumiyyətlə neft çıxarmanın inkişafı neft daşınmasının təkmilləşdirilməsi zəruriyyətini yaradıb. Çünki əsas neftçıxarma rayonlarından olan Sabunçu, Suraxanı, Balaxanı nefti primitiv üsulla, 10 minədək ağac çənlərdə və tuluqlarda karvanlarla daşınırdı ki, bu da olduqca baha başa gəlirdi və inkişafa ciddi maneələr yaradırdı.Neft sahibkarları mədənlərlə neftayırma zavodları arasında dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Nəhayət ki, onların təkidli tələbləri öz bəhrəsini verir. Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. 20 kilometr uzunluğunda olan dəmir yolunun çəkilməsi isə “Poti-Tiflis” dəmir yolu cəmiyyətinə həvalə edilir. Cəmiyyət bir il altı ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Dəmir yolunun inşası 1879-cu ildə başa çatır. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır. Məhz həmin gün tarixə Azərbaycanda dəmir yolunun yaranması günü kimi daxil oldu. 130 illik önəmli bir dövr yaşayan Azərbaycan dəmir yolu bu illər ərzində çox çətinliklər keçib, ciddi problemlərlə üzləşib. Amma bərkiyib, genişlənib, daha da inkişaf edib.
URL / WWW
http://kelam.az/news/a-1739.html