Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Millət vəkili: “AXCP və Müsavat bloklaşması xaricdən verilən gstərişdir”
30.08.10 16:05

AXCP və Müsavatın bir blokda birləşməsi öz istəklərindən irəli gələn hadisə deyil. Bu partiyaların bir blokda birləşməsi onların xaricdəki “ağaları”nın göstərişidir. Bunu KƏLAMİNFO-ya müsahibsində millət vəkili Aynur Camalqızı söyləyib. Onun sözlərinə görə, AXCP və Müsavata xaricdən konkret göstəriş verilib ki, bir blokda birləşib qarşıdan gələn parlament seçkilərinə müttəfiq kimi getsinlər. “AXCP və Müsavatın dairələr üzrə razılığı və tutduqları vahid siyahı da xaricdəki “ağalar”ı tərəfindən onların qarşısına qoyulan təklifdir. Əks halfa onlar heç vaxt bu müttəfiqliyə getməzdilər. Çünki, yaxın keçmişin təcrübəsi bunu deməyə əsas verir. Əvvəlki seçkilərdə də onlar bir blokda birləşməyə cəhd ediblər, lakin sonradan bir-birlərinin qərarlarına etinasız yanaşmaları onların birgə siyasi fəaliyətinin mənasız olduğunu göstərib”,-A.Camalqızı vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-1726.html