Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xüsusi mühafizə olunan təbiət əraziləri ölkənin 10,3 faizini təşkil edir
27.08.10 16:50

Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib. H.Bağırov bildirib ki, bioloji müxtəlifliyin qorunub saxlanılması və inkişaf etdirilməsi nazirliyin fəaliyyətində əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, aparılmış tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildən etibarən 478 min hektardan 890 min hektaradək artırılıb və hazırda 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığından ibarət şəbəkə ölkə ərazisinin 10,3 %-ni təşkil edir.
URL / WWW
http://kelam.az/news/a-1723.html