Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib
27.08.10 16:50

Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan KƏLAMİNFO-ya verilən məlumata görə, avqustun 26-da Zabrat qəsəbəsində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan 25 yaşlı Masallı rayon Təzəkənd sakini Akif Arif oğlu Fətullayev özünü öldürüb. Mərhumun meyiti bu gün səhər kamerada aşkarlanıb. A.Fətullayevin özünə qəsd etməsinin səbəbləri məlum deyil. Qeyd edək ki, mərhum Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234.4.3-cü (külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satma, saxlama, gəzdirmə) maddəsi ilə təqsirləndirilirdi. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldütmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
URL / WWW
http://kelam.az/news/a-1719.html