Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DSX-nin şəxsi heyəti Fəxri Xiyabanı ziyarət edib
18.08.10 19:47

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) yaranmasının 91-ci ildönümü münasibətilə qurumun şəxsi heyəti tərəfindən Fəxri Xiyabanda ulu öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva ziyarət edilib, məzarları önünə tər çiçəklər düzülüb. KƏLAMİNFO xəbər verir ki, DSX-nin şəxsi heyəti sonra Şəhidlər Xiyabanını da ziyarət ediblər. Daha sonra onlar, sərhəd xidmətinin şəhid zabitini anıb, məzarı önünə çiçəklər qoyublar. Qeyd edək ki, sonra jurnalistlər qarşısına çıxan DSX rəisi, general-leytenant Elçin Quliyev qeyd etdikləri bayramla bağlı qısa məlumat verib. O qeyd edib ki, Azərbaycan sərhədçiləri hər zaman olduğu kimi, növbəti ildönümlərini də çox yüksək nəticə və əhval-ruhiyyə ilə qarşılayırlar.
URL / WWW
http://kelam.az/news/a-1684.html