Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Azərbaycanın Ermənistana hücumuna çox az qalıb”
18.08.10 19:47

Əgər hazırkı durumda İsrail-İran müharibəsi başlayarsa, bundan 3-4 gün sonra dərhal Azərbaycan Qarabağı tutmaq üçün Ermənistana hücum edəcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Rusiya Geostrateji Məsələlər Akademiyasının sədr müavini Arayik Sarkisyan bildirib.A.Sarkisyan iddia edir ki, Azərbaycan artıq C-300 raket sistemləri ilə təmin olunub və öz enerji sistemlərinə əsaslanıb istənilən hücum hazırlığındadır. “Yaxın dörd gün içində İranın Buşehr əyalətindəki atom qurğusu işə düşəcək və noyabrın başlanğıcında isə bu İranın daxili enerji dövriyyəsinə bağlanacaq. Yeganə bu müddət ərzində İran-İsrail toqquşmasının baş verməmə ehtimalı var. Ermənilər bu müddətdə rahat nəfəs alıb lazımı hazırlıqlar görməlidirlər. Azərbaycanın Ermənistana hücumuna çox az qalıb”,-deyə erməni diplomat açıqlayıb. A.Sarkisyan onu da bəyan edir ki, İsrail az əvvəl İrana qədər uçub və oranı bombalayıb geri dönən hərbi təyyarələrə malik deyildi. “Lakin, artıq onlar ABŞ-dan buna malik olan F-15, F-16 və “Mirage” döyüş təyyarələrini ala biliblər. Bundan başqa artıq onlarda İranla müharibə üçün nəzərdə tutulan F-22 Raptor qırıcıları da mövcuddur. Bütün bunlar yaxın mövsümdə regionda ciddi müharibənin başlanğıcı üçün hazırlıqdır”,-deyə o həyacanını ifadə edib. Erməni ekspert israr edir ki, gözləniləndən tez müharibə başlayarsa, ermənilərin Qarabağ müharibəsindən qaça bilməsi üçün yeganə sığıanacağı məkan Avropa Birliyi və La Haye ölkələr arası Ədalət Məhkəməsidir.
URL / WWW
http://kelam.az/news/a-1683.html