Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » DSX rəisi: “İranla sərhəddə müəyyən narahatçılıqlar var”
18.08.10 19:47

Heç kimə sirr deyil ki, Yardımlı rayonunun İranla sərhəd istiqamətində müəyyən narahatçılıqlar var. Orada əməliyyat şəraiti gərgin olaraq qalmaqdadır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev verib. E.Quliyev bildirib ki, həmin istiqamətdə narkotik maddələrin silahlı şəxslər vasitəsilə keçirilmə cəhdləri davam etməkdədir. Bir neçə gün öncə Yardımlı istiqamətində belə bir halın baş verdiyini xatırladan E.Quliyev sərhəd naryadının tədbirləri nəticəsində qeyri-qanuni qaçaqmalçılığın qarşısının alındığnı söyləyib. Onun sözlərinə görə, nəticədə külli miqdada siqaret, narkotik maddələrin götürülməsi ilə barəbər, silahlı sərhəd pozucularından biri zərərsizləşdirilib. E.Quliyev qaçaqmalçılar tərəfindən sərhəd pozuntusunun daha çox Cənub bölgəsində müşahidə olunduğunu açıqlayıb. O, İranın Azərbaycanla birtərəfli viza rejiminin aradan qaldırlmasından sonrakı vəziyyətə də münasibət bildirib və qeyd edib ki, viza rejiminin aradan qaldırılmasından sonra demək olar ki, heç bir dəyişiklik hiss olunmur.
URL / WWW
http://kelam.az/news/a-1682.html