Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Erməni politoloq: “Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa...”
17.08.10 19:29

Ermənistan və Rusiya arasında yeni hərbi sazişin imzalanması rəsmi İrəvanın xarici siyasətinə ciddi təsir edəcək. KƏLAMİNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu erməni ekspert Sergey Minasyan söyləyib. O qeyd edir ki, Sazişdən sonra rus bazasının Ermənistanın təhlükəsizliyinin təmin edilməsində daha geniş səlahiyyətlər alacağı İrəvan üçün müsbət hadisədir. “Hərbi əməkdaşlıq haqda 1995-ci il sazişinə indiki əlavələrin mənası odur ki, Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, Rusiya Ermənistanı müdafiə edəcək. Rus bazası Ermənistanda olduğu müddətdə Rusiyanın maraqlarını qorumaqdan əlavə, həm də Ermənistan Silahlı Qüvvələri ilə birlikdə ermənilərin təhlükəsizliyini təmin edəcək”,-deyə o açıqlayıb. Erməni politoloq rus bazasının belə geniş səlahiyyətlər alacağı halda Ermənstanın daxili işlərinə qarışacağı ilə bağlı narahatlıqlarla razılaşmır. “Əgər Rusiya Ermənistana təzyiq etmək istəsəydi, bunu daha effektiv rıçaqlar vasitəsilə edərdi, məsələn, iqtisadi rıçaqlara əl atardı, yaxud Azərbaycanla hərbi əməkdaşlığı genişləndirərdi. Konkret olaraq, əgər hərbi əməliyyatlar bərpa olunarsa, bu təkcə Qarabağda yox, həm də Ermənistan-Azərbaycan sərhəddində gedəcək. Bu halda Rusiyanın Ermənistanı müdafiə etməsi artıq faktdır”,-deyə erməni ekspert əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-1670.html