Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilib
10.11.09 21:42

Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevin və Sloveniya prezidenti Danilo Türkün iştirakı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib. Biznes-forumunda Sloveniya tərəfdən 70 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 90-dək iş adamı iştirak edib. Dövlət başçıları forumda çıxış ediblər. Prezident İlham Əliyev Sloveniya prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirib. Dövlət başçısı ölkələr arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasının buna hərtərəfli imkanlar yaratdığını xüsusi vurğulayıb. Azərbaycan prezidenti forum iştirakçılarına uğurlar arzulayıb. Sloveniya prezidenti Danilo Türk yüksək qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına dərin minnətdarlığını çatdırıb. Prezident Danilo Türk ölkəsinin informasiya-kommunikasiya texnologiyaları, nativ enerji mənbələri və digər sahələrdə uğurlar qazandığını, öz təcrübəsini dost Azərbaycanla yaxından bölüşməyə və bu sahədə sıx əməkdaşlığa hazır olduğunu bildirib. Sonra biznes forumu işini davam etdirib.
URL / WWW
http://kelam.az/news/a-167.html