Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün Müslüm Maqomayevin doğum günüdür
17.08.10 19:29

Bu gün Azərbaycan və SSRİ-nin xalq artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, M.Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında stajirovka keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.1966-cı ildə Parisin "Olimpiya" salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.
URL / WWW
http://kelam.az/news/a-1668.html