Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ABŞ Türkiyəyə ultimatum verməyib
17.08.10 19:29

Ağ ev İngiltərənin Financial Times qəzetində yazılanların doğru olmadığını açıqlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Türkiyəyə İsrail və İran mövzusunda ultimatum vermədiklərini bildirib. Ağ evin mətbuat katibinin köməkçisi Bil Burton ingilis qəzetinin bunları hardan yazdığını bilmədiyini söyləyib. B.Burton Baş nazir R.T.Ərdoğanla 10 gün əvvəl danışdıqlarını və Türkiyə ilə dialoqun mövcud olduğunu, amma heç bir ultimatum verilmədiyini qeyd edib. Xatırladaq ki, Financial Times qəzeti dünən iyun ayında Kanadada keçirilən G-20 zirvə görüşündə ABŞ prezidenti Obamanın R.T. Ərdoğanı İsrail və İrana qarşı olan münasibətə görə xəbərdarlıq etdiyini bildirib. Qəzet həmçinin ABŞ və Türkiyə arasında silah razılaşmasının reallaşacağına da maneələr olacağını qeyd edib.
URL / WWW
http://kelam.az/news/a-1666.html