Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ölkə ərazisində leysan gözlənilir
16.08.10 20:25

Sabah ölkə ərazisinin əksər hissəsində son günlər davam edən yüksək temperatur aşağı düşəcək. Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və yağmursuz keçəcəyi, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Havanın temperaturu gecə 21-26, gündüz 35-36 dərəcə isti təşkil edəcək. Çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Avqustun 18-də hava şəraitinin dəyişkən buludlu və yağmursuz keçəcəyi, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-25, gündüz 35-37 dərəcə isti olacaq. Avqustun 19-da isə, də hava şəraitinin az buludlu və bəzi yerlərdə yağmurlu keçəcəyi, şimal, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-25, gündüz 36-38 dərəcə təşkil edəcək. Bölgələrdə hava şəraitinin əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilsə də, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 35-38, dağlarda isə gecə 14-19, gündüz 26-30 dərəcə isti təşkil edəcək. Avqustun 18-19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 19-24, gündüz 36-38, dağlarda isə gecə 14-19, gündüz 26-30 dərəcə isti olacaq.
URL / WWW
http://kelam.az/news/a-1653.html