Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Erməni deputat: “Ermənistan təcili KTMT-ni tərk etməlidir”
11.08.10 17:24

Ermənistan təcili olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməlidir. Artıq ermənilər üçün bu təşkilat qarant deyil. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Stepan Safaryan bəyan edib. O, bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla, özünü təhlükəsizlikdə hiss edə bilməz. “Rusiya ilə Azərbaycan aydın olmayan oyunlara başlayıb. Rəsmi Moskvanın başında durduğu KTMT bizim təhlükəsizliyimizə artıq cavab vermir. Əgər Ermənistanın strateji müttəfiqi İrəvanla münaqişə vəziyyətində olan hansısa ölkəyə C-300 zenit-raket kompleksi satırsa, bu, düşünmək üçün ciddi əsaslar verir”,-deyə erməni deputat qeyd edib.
URL / WWW
http://kelam.az/news/a-1621.html