Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qoruyucu maskaların qiymətləri niyə artıb?
10.11.09 21:42

Ölkədə yayılan A(H1N1) qripi ilə əlaqədar apteklərdə qoruyucu maskaların qiymətlərinin süni şəkildə qaldırılması və qıtlığı halları tezliklə aradan qaldırılacaq. Bu barədə məlumatı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdüri Pərviz Əzizbəyov verib. Onun sözlərinə görə, bu cür vasitələrin apteklərdə satışı özəl biznes olduğundan təmsil etdiyi qurum birbaşa olaraq bunun satışına müdaxilə edə bilmir. Hazırda Səhiyyə Nazirliyinin qoruyucu masakaların apteklərdə satışını təşkil edən şirkətlərlə ciddi danışıqlar apardığını diqqətə çatdıran P.Əzizbəyov qeyd edib ki, qiymət artımı son günlər ölkədə ona yaranan ehtiyacla əlaqədar bəzi iş adamları tərəfindən yaradılıb. “Dövlət qurumu olaraq biz bu prosesdə tövsiyyə xarakterli səlahiyyətə malik olduğumuz üçün birbaşa o apteklərin işinə müdaxilə edə bilmirik. Lakin hazırda apteklərdə maskaların satışını təşkil edən şirkətlərlə apardığımız danışıqlar nəticəsində çox yaxın zamanda onlar öz əvvəlki qiymətlərinə - 8 və ya 10 qəpiyə endiriləcək”-deyə P.Əzizbəyov bildirib. Xatırladaq ki, son iki gündə Azərbaycanda “donuz qiripi”nin yayılması ilə əlaqədar paytaxt apteklərində qoruyucu maskaların qiymətinin 10 dəfə qalxması halları və əksər yerlərdə də kütləvi qıtlığı müşahidə olunur.
URL / WWW
http://kelam.az/news/a-162.html