Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » M.Əhmədoğlu: “İranın DQ münaqişəsini tənzimləməsi ABŞ və Rusiyaya zərbədir”
09.08.10 17:23

ABŞ və Rusiya Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsində İranın iştirakını sıfıra endirməklə öz ssenarilərini davam etdirmək istəyirlər. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Mübariz Əhmədoğlu bildirib. Poltoloqun fikirincə, mövcud ssenairilər münaqişənin tənzimlənməməsi, danışıqlar imitasiyasının davam etdirilməsinə istiqamətldənib. “İran DQ münaqişəsini tənzimləyərsə bu bir-neçə istiqamətdən ABŞ və Rusiyaya zərbədir. Bunlardan biri budur ki, ilk növbədə DQ müharibəsi ABŞ-ın hazırladığı ehtimali İran müharibəsinin vaxtını geriyə çəkmək istiqamətində dəyişə bilər. Digər tərəfədən İran ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi münaqişəni tənzimləməklə ABŞ və Rusiya qarşısında psixoloji üstünlük əldə edə bilər. Əgər bu hal baş tutarsa İran Ermənistanı proqnozlaşdırılan siyasət aparmağa təhrik edə bilər ki, bütün bunlar da Qərbin maraqlarına ziddir. Ancaq bir məsələdə də var ki, İranın DQ münaqişəsinə müdaxilə etmək imkanı xeyli azdır. Çünki, İran göründüyündən qat-qat zəif dövlətdir. İstənilən halda baş verənlərə Ermənistanın İrana növbəti həmləsi kimi də baxmaq olar. Əgər Sankt-Peterburqdakı təkliflər reallaşarsa, İran üçün hazırlanmış gərginlik daha da artacaq”,-deyə poltoloq vurğulayıb. M.Əhmədoğlu ermənilərin İrana da ərazi iddialarının olduğunu vurğulayıb. Onun sözlərinə görə, İran bunu sadəcə indiki şəraitdə görmək istəmir.
URL / WWW
http://kelam.az/news/a-1610.html