Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ermənilər cəbhə boyu atəşkəsi pozub
02.08.10 15:53

Ermənilər dünən saat 21.45-dən 21.55-dək Ermənistanın Berd rayonu Mosesqerx kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərini, saat 23.20-dan 23.30-dək İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızıl Hacılı, saat 17.40-dan 17.45-dək Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.30-dan 19.20-dək Daşkəsən rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.00-dan 10.15-dək, 21.50-dən 22.00-dək, 22.00-dan 22.15-dək və 23.30-dan 00.00-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, avqustun 2-də saat 00.50-dən 01.00-dək Ağdam rayonu Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03.15-dən 03.25-dək Tərtər rayonu Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
URL / WWW
http://kelam.az/news/a-1590.html