Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan və Koreya Bakıda birgə konfrans keçirdi
28.07.10 18:42

Bu gün Azərbaycan və Koreya dövlətlərinin birgə əməkdaşlığı ilə “Bölüşmə və əməkdaşlıq üçün qlobal şəbəkələr” mövzusunda konfrans öz işinə başladı. KƏLAMİNFO xəbər verir ki, iki gün davam edəcək konfransda Koreyadan 22 nəfər informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislər iştirak edir. Konfransda Azərbaycan və Koreya dövlətləri arasında informasiya-kommunikasiya texnologiyalarının nailiyyətləri və gələcək perspektivləri müzakirə ediləcək. Konfransda çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə belə bir tədbirin keçirilməsinin hər iki dövlətin marağında olduğunu qeyd etdi. O, vurğuladı ki, Koreyanın dünyada informasiya texnologiyaları sahəsində nailliyyətləri və təcrübəsi var, artıq Azərbaycan təcrübəsi də dünya ölkələri üçün maraqlıdır və biz də informasiya texnologiyalarının inkişafı istiqamətində atılan bütün addımları beynəlxalq təcrübəyə əsasən öyrənirik. E.Vəlizadə bildirdi ki, Koreya ilə Azərbaycan arasında geniş dostluq əlaqələri mövcuddur. Transmilli Avrasiya Superinformasiya Magistralının çəkilməsi layihəsində Koreya tərəfi ölkəmizə öz dəstəyini verməklə bunu bir daha sübut edib. Tədbirdə çıxış edən Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutunun prezidenti Nam Pyo Suh və Koreyanın Azərbaycandakı səfiri Ji Ha Li də iki ölkə arasındakı münasibətlərə toxunaraq qeyd etdilər ki, ölkələr arasında əlaqələrin 1996-cı ildən yaranmağına baxmayaraq, bu münasibətlər 2006-cı ildə rəsmiləşib və həmin gündən Koreya müxtəlif sahələrdə Azərbaycanla memorandumlar imzalayıb.
URL / WWW
http://kelam.az/news/a-1571.html